Qərbi Azərbaycan İcmasının Bakı şəhərinin Nərimanov rayonu üzrə nümayəndəsi, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Bakı şəhər Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev təltif edilib.
QAZİLER.AZ “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli tərəfindən “Fəxri Fərman”la təltif olunub.
T. Tağıyev Qərbi Azərbaycan İcması İdarə Heyətinin qərarı ilə icmanın strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətindəki xidmətlərinə görə mükafatlandırılıb