Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi Bəhram Məmmədli Hakimlər İttifaqının İdarə Heyətinə üzv seçilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Hakimlər İttifaqının sədr müavini Sənan Hacıyev bildirib.
O, Bəhram Məmmədlinin quruma namizədliyini irəli sürüb və bu da digər hakimlər tərəfindən dəstəklənib.
Qeyd edək ki, Abiddin Hüseynov ədliyyə nazirinin müavini təyin olunduğundan Hakimlər İttifaqının İdarə Heyətindən çıxarılmışdı. Bu səbəbdən onun yeri boş qalmışdı.