Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə aktiv məşğulluq proqramlarını davam etdirir.
Qaziler.az xəbər verir ki, bu sahədə görülən işlər çərçivəsində Agentlik doğma yurd yerlərinə - Xocalı şəhərinə və Xocalı rayonunun Ballıca kəndinə köçürülən sakinlərdən artıq 200-dən çox şəxsin məşğulluğunu təmin edib.
O cümlədən, Xocalının 40 sakini üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.
Hazırda daha 80 sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.