Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması ilə bağlı Prezident və Birinci vitse-prezidentə təşəkkür ediblər.
Qaziler.az xəbər verir ki, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun məlumatında deyilir:
“Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun jurnalist Şahnaz Bəylərqızının sağlamlığı nəzərə alınaraq ev dustaqlığına buraxılması xahişini diqqətdə saxlayıb bu gün onu ailəsinə qovuşdurduğuna görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk. Biz öz fəaliyyətimizdə daima konstruktiv dialoqun tərəfdarı olmuşuq və bundan sonra da fəaliyyətimizdə əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, fevralın 26-da Xətai Rayon Məhkəməsi Ş.Bəylərqızı barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.