Abşeron rayonunun Masazır qəsəbəsində yeraltı orta təzyiqli qaz kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi xəbər verir.
Bildirilib ki, Masazır qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Yaranmış problemin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri aparılır.