2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Ötən dövrdə 42,6 min şəxs həmin ödənişlərlə təmin olunub.
Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə ümumilikdə 25,4 mln. manat vəsait ödənilib.
