AİB ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə edilib

AİB ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə edilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni ölkə direktoru Süniyya Durrani-Camal ilə görüş olub.

Qaziler.az xəbər verir ki, AİB ilə ölkəmiz arasında uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmək və sosial müdafiə sahəsində də icra olunan birgə layihələrin əhəmiyyətini vurğulayıb.

“Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində AİB-in dəstəyinin gücləndirilməsi” layihəsi çərçivəsində əməkdaşlığın önəmi qeyd edilib. Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatların nailiyyətlərindən bəhs olunub.

Dövlət sosial xidmətlərinin rəqəmsal müstəvidə qurulması istiqamətində əldə olunan uğurlar, aktiv məşğulluq proqramları barədə məlumat verilib. Əmək bazarının tələblərinə uyğun olaraq işçi qüvvəsinin bacarıqlarının artırılması üçün peşə hazırlığının təşkili işləri diqqətə çatdırılıb.

Süniyya Durrani-Camal əməkdaşlığın müsbət nəticələrini və qarşıdakı dövrdə də yeni layihələr əsasında uğurla davam etdirmək əzmində olduqlarını qeyd edib.

Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa, habelə AİB-in “Mərkəzi və Qərbi Asiya Regionunda Sosial Müdafiə Potensialının Artırılması” regional texniki yardım layihəsinə dair fikir mübadiləsi aparılıb.

 

Diaspora