Biləsuvarda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlanıb.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər (5-i qadın, 1-i kişi olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.