Lerikdə qar uçqunu olub

Lerikdə qar uçqunu olub backend

Lerik rayonunda qar uçqunu olub.

“Report”un məlumatına görə qarlı-şaxtalı havada yollarda problemlər yaradıb.

Lənkəran-Lerik avtomobil magistralında hazırda problem olmasa da, da ucqar dağ kəndlərinə gedən yolların bəziləri qarla örtülüdür. Rayonun Lerik-Hamarat-Vijaker yolunda qar uçqunları baş verib. Həmin istiqamətdə 20-ə yaxın kəndin yolu kəsilib. Təhlükəsizliyin təmin olunmasından ötrü Lerik DYP əməkdaşları tədbirlər görür.

Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirilib ki, küləkli hava ucqar dağ kəndlərində çətinliklər yaradıb:

"52-saylı Lerik yol istismar idarəsi yolları qardan təmizləyir. Dünənə kimi 50 yaxın kənddə elektrik enerjisi verilişi dayanmışdı. Bu gün artıq işlərin 50 faizi görülüb və günün sonuna kimi rayon tam elektrik enerjisi ilə təmin olunacaq".

Diaspora