Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 463 min nəfərə sosial müavinət, 401 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə Qaziler.az-a nazirlikdən məlumat verilib.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 92 mln. manat, Prezident təqaüdləri üzrə 58 mln. manat ödənilib.
Yanvar ayında 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 738 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.