Qarabağ qazisi Lənkəran Reabilitasiya Mərkəzinə təşəkkür etdi - FOTO

Qarabağ qazisi Lənkəran Reabilitasiya Mərkəzinə təşəkkür etdi - FOTO backend

Qarabağ qazisi Sadiq Quliyev müalicə aldığı Lənkəran Reabilitasiya Mərkəzinə, onun işçi heyətinə göstərdiklərinə yüksək xidmətə görə minnətdarlığını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə Qarabağ qazisi saytımıza müraciətində qeyd edib.

O bildirib ki, bir qrup qazi yoldaşları ilə birlikdə müalicə aldığı Lənkəran Reabilitasiya Mərkəzində göstərilən diqqət və qayğıdan, yüksək peşəkarlıqdan, gülərüz münasibətdən, sağlam həyat tərzinin təbliğindən çox məmnun qalıblar. Sadiq Quliyev onu vurğulayıb ki, mərkəzdə müasir metodika və texnologiyalardan, yeni reabilitasiya metodlarından istifadə edilir. O burda fəaliyyət göstərən hər bir işçinin əldə etdikləri yeni təcbürələri Qarabağ qazilərinə ürəkdən tətbiq etdiklərini, sağlamlıqlarının qayğısına qaldıqlarını, qazilərə doğma münasibət bəslədiklərini xüsusi qeyd edib.

Sonda Qarabağ qazisi Sadiq Quliyev Lənkəran Reabilitasiya Mərkəzinə və onun bütün işçilərinə müalicə alan qazilərin adından dərin minnəatdarlığını bildirib, onlara gəcələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində fəaliyyət göstərən Lənkəran Reabilitasi Mərkəzi əlilliyi olan şəxslərin kompleks tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisədir.

QAZİLER.AZ

Diaspora