ASAN Xidmətin rəsmi səhifəsi Feysbuk tərəfindən tanınıb. Axar.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.
ASAN Xidmətin səhifəsi mavi nişanla mükafatlandırılıb. Feysbuk qaydalarına görə, səhifənin digər eyni adlı saxta səhifələrdən fərqləndirmək üçün səhifə yoxlanılır və istifadəçi sayı nəzərə alınır.Hazırda dövlət qurumunun rəsmi Feysbuk səhifəsinin 338 mindən çox istifadəçisi var.