Ötən il ölkədə əsas kapitala yönəlmiş ən yüksək sərmayə Bakı şəhərində qeydə alınıb.
QAZİLER.AZ Teleqraf-a istinadən məlumat verir ki, 2024-cü ildə Bakı şəhərinə 11, 9 milyard manat investisiya qoyulub. Bunun 6,5 milyard manatı tikinti quraşdırma işlərinin payına düşüb.
Naxçıvanda tikinti quraşdırma işlərinə 230 milyon manat, Abşeron-Xızıda 497 milyon manat, Dağlıq Şirvanda 348 milyon manat, Gəncə-Daşkəsəndə 181 milyon manat, Qarabağda 2,5 milyard manat, Qazax-Tovuzda 151 milyon manat, Quba-Xaçmazda 131 milyon manat, Şərqi Zəngəzura 3,62 milyard manat xərclənib.