8 Mart-Qadınlar Bayramı və Novruz bayramı ilə əlaqədar Respublika Diaqnostika Mərkəzi (RDM) mart ayında əhali üçün güzəştli aksiyalar keçirəcək.
RDM-dən APA-ya verilən xəbərə görə, mart ayı ərzində bəzi xidmətlərə güzəştlər tətbiq ediləcək. Belə ki, ginekologiya, laborator analizlər, USM, oftalmologiya və digər sahələr üzrə müəyyən güzəştlər olunacaq.Bundan əlavə, Azərbaycanın regionlarında insanların pulsuz müayinə olunması üçün aksiya da keçiriləcək. Bayramı günlərində mərkəzin həkimləri regionlardan birində əhaliyə pulsuz xidmət göstərəcəklər.