Xəzərdə dalğanın hündürlüyü 5 metri ötüb

Xəzərdə dalğanın hündürlüyü 5 metri ötüb backend

Milli Hidrometeorologiya Xidmətinin fevralın 21-i saat 13:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Sədərək, Naftalan, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Balakən, Tovuz, Ceyrançöl, Göygöl, Gəncə, Altıağac, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Gədəbəy, Daşkəsən, Ağstafa, Şabran, Şəmkir, Ağdam, Biləsuvar, Sabirabad, Hacıqabul, Göyçay, Lənkəran, Yevlax, Kürdəmir, Neftçala, Astara, Beyləqan, Bərdə, Lerik, İmişli, Mingəçevir, Sabirabad, Yardımlı, Zərdab, Tərtər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Füzulidə qar yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27 metrdir. Xəzər dənizində dalğanın hündürlüyü 5,5 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°, Aran rayonlarında 1°, Naxçıvan Muxtar Respublikasında 4°, dağlıq rayonlarda 14°-dək şaxta qeydə alınıb.

Diaspora