Göygöl-Toğanalı-Kəlbəcər yolunda qar səbəbindən avtomobilərin hərəkətində çətinlik yaranıb

Göygöl-Toğanalı-Kəlbəcər yolunda qar səbəbindən avtomobilərin hərəkətində çətinlik yaranıb backend

Bu gün axşam saatlarından yağan qar nəticəsində Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda hərəkət qismən çətinləşib.

Apa-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımova istinadən bildirib ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

Onun sözlərinə görə hazırda dağlıq rayon olan Göygöldə nəqliyyatın hərələtində bir qədər çətinlimlər yaranıb.

Hazırda Bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür.

Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafə, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər

Diaspora