Balllıca kəndində 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir - FOTO

Balllıca kəndində 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir - FOTO backend

Prezidentin izi ilə layihəsi çərçivəsində təşkil olunmuş media tur iştirakçıları Ballıca kəndində olub.

Apa xəbər verir ki, jurnalistlər illər sonra doğma yurdlarında məskunlaşan sakinlərə yaradılmış şəraitlə də tanış olublar.

Sonra Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Ballıca kəndi ilə bağlı ətraflı məlumat verib:

"İşğaldan azad olunmuş ərazilərə köç prosesi davam edir. Eyni zamanda, bərpa-yenidənqurma və quruculuq işləri də həyata keçirilir", - A.Telmanqızı deyib.

O, həmçinin öz açıqlamasında qeyd edib ki, Xocalı şəhərinə və rayonun Ballıca kəndinə artıq bir neçə köç prosesi olub:

"Ballıca kəndində hazırda 90 ailə yaşayır. Burada hər cür infrastruktur yaradılıb, iş yerləri var, məktəb, uşaq bağçası fəaliyyət göstərir. Kənddə 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir. Xocalı strateji mövqeyə malik ərazidir. Burada hava limanının, dəmir yolunun olması Xocalını nəqliyyat qovşağına və logistika mərkəzinə çevirir. Xoşbəxtik ki, biz bu günləri yaşayırıq. Bu gün Xocalıdayıq. Buna görə Ali Baş Komandana, Azərbaycan Ordusuna təşəkkürümüzü bildiririk, şəhidlərin ruhları qarşısında baş əyirik, qazilərin tezliklə şəfa tapmasını diləyirik”, - Afət Telmanqızı əlavə edib.

 

Diaspora