Ağdaş rayonunda qadın əməliyyatdan iki gün sonra ölüb.
Qaziler.az "Report"-a istinadla xəbər verir ki, Ağdaş rayonu Şəmsabad kənd sakini, 1982-ci il təvəllüdlü Bilalova Şəlalə fevralın 17-də öd daşı xəstəliyindən rayon xəstəxanasında əməliyyat olunub.
Əməliyyatdan sonra halı pisləşən qadın fevralın 19-da dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.