Azərbaycanda kişilər üçün sığınacaqlar yaradılır? - AÇIQLAMA - VİDEO

Azərbaycanda kişilər üçün sığınacaqlar yaradılır? -  AÇIQLAMA - VİDEO backend

2024-cü ildə ölkədə 52 kişi qadınlar tərəfindən psixi və iqtisadi zorakılığa məruz qalıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Baku TV Azərbaycanda kişilərin qadın zorakılığına məruz qalması ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Vətəndaşlar "kişilər niyə zorakılığa məruz qalırlar" sualına müxtəlif cavablar veriblər.

"Kişilər vaxtında evə yığışsınlar, döyülməsinlər", "Yəqin ki, özlərini yaxşı aparmırlar", "Çünki kişilər indi iş tapa bilmirlər, pulları yoxdur. Qadınlar işləyirlər, hökmləri çoxdur", - deyə sakinlər mövzuya münasibət bildiriblər.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova kişilər üçün sığınacaq yaradılmasını vacib hesab edir:

"Kişilər daha çox psixi və iqtisadi zorakılığa məruz qaldığından təhlükə yox, qısnamalar var. Həmin şəxslər ölkədəki reabilitasiya mərkəzlərinə müraciət edə bilərlər. Amma 12-18 yaşlı oğlanlar üçün sığınacaq mütləqdir. QHT-lərin nəzdində sığınacaqların açılmasına ehtiyac var".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, gələcəkdə kişilər üçün sığınacağın yaradılması məsələsi gündəmdə deyil.

Ətraflı süjetdə:

Diaspora