Gürcüstanın paytaxtı Tbilisinin Samqori rayonunda 146 tamaşaçı üçün nəzərdə tutulan “UEFA standartlarına uyğun” stadion tikiləcək.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, işlərin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır və tikintiyə üç milyon laridən çox vəsait ayrılıb.
Paytaxt rəhbərliyinin vədinə əsasən, Bessarion Çiçinadze küçəsi, 12 ünvanında yerləşən stadionda paltardəyişmə otağı və “uyğun avadanlıq” yerləşdiriləcək. Tamaşaçılar, o cümlədən əlillər üçün 146 oturacaq var.
UEFA standartlarına görə, stadionun daha çox tamaşaçı qəbul etməsi şərt deyil. Ən aşağı, birinci kateqoriyada isə stadionda 200 yer olmalıdır.
QAZİLER.AZ