Bakıda yaşayış evinin həyətini su basıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə 22 fevral 2015-ci il tarixində yağan qarın əriməsi və qrunt sularının qalxması səbəbindən nəticəsində Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evinin həyətini su basması və 3 nəfər köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi texnikalar vasitəsi ilə vətəndaşları təhlükəsiz əraziyə köçürüb və aidiyyəti üzrə təhvil veriblər.Bakıda yaşayış evinin həyətini su basıb, 3 nəfər xilas edilib

