Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “Acquisition-International” beynəlxalq jurnalının “Business Excellence Awards 2025” müsabiqəsində uğur qazanıb.
Qaziler.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında qeyd olunub.
Xidmətin fəaliyyət sahələrində aparılan islahatların nailiyyətləri barədə təqdim olunan iş və “DOST Müfəttiş” layihəsinin işəgötürənlərə qiymətləndirmə dəstəyi münsiflər tərəfindən yüksək qiymət alıb.
Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti həmin beynəlxalq müsabiqədə “Əmək Münasibətlərində Bizneslərin İnkişafına Dəstək Olan İlin Ən Yaxşı Dövlət Orqanı” nominasiyası üzrə ali mükafata layiq görülüb.
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və bir sıra digər ölkələrdən 100-dən çox layihə iştirak edib.
