Ələ keçirilənlər geri qaytarılmır: Lavrov Ukrayna ərazilərinin qaytarılmasını istisna etdi

Ələ keçirilənlər geri qaytarılmır: Lavrov Ukrayna ərazilərinin qaytarılmasını istisna etdi backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın komandası ilə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlardan əvvəl sərt mövqe nümayiş etdirərək, Ukraynaya ərazi güzəştlərinin edilməsini istisna edib.

Bu barədə RBC-Ukrayna Reuters agentliyinə istinadən xəbər verir.

Tramp ötən həftə Putinlə telefon danışığından sonra bildirib ki, tərəflər Ukraynaya qarşı müharibəyə son qoymaq üçün danışıqlara başlayacaqlar.

Kremlin mövqeyi ilə tanış olan Reuters mənbəsi deyib ki, Putin sövdələşməyə ciddi yanaşır, lakin heç nəyin bahasına deyil.

Kreml bildirib ki, Lavrov və Kremlin xarici siyasət üzrə müşaviri, eyni zamanda Vaşinqtonda səfir olan Yuri Uşakov Səudiyyə Ərəbistanında ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Marko Rubio ilə görüşəcək.

Lavrov bəyan edib ki, ərazisinin 20%-ə yaxını Rusiya qoşunlarının nəzarətində olan Ukraynaya ərazi güzəştindən söhbət gedə bilməz.

QAZİLER.AZ

Diaspora