FHN yeni xidməti avtomobillər alır

FHN yeni xidməti avtomobillər alır backend

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu yeni nəqliyyat vasitələri alır.

Trend-in əldə etdiyi məlumata görə, institut artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, qurum beş ədəd beş qapılı xidməti minik avtomobili sifariş edib.

Məlumata görə, onların istehsalı ili açıqlanmasa da, rənglərinin ağ olması əsas şərtlərdəndir.

İnstituta sözügedən nəqliyyat vasitələrini “Azərmaş Park” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək və bunun müqabilində şirkətə 118 min manat ödəniləcək.

Qeyd edək ki, avtomobilləri instituta təhvil verəcək “Azərmaş Park” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Anar Adil oğludur.

Diaspora