“14 fevral Murovdağ faciəsi ilə bağlı bu gün bir neçə status paylaşmışam. Amma görürəm ki, bəziləri bu döyüşdəki itkiləri bilməyərək yalnış yazırlar”.
Qaziler.az xəbər verir ki, bu fikirləri “Qarabağ qaziləri” ictimai birliyin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu öz feysbuk səhifəsində paylaşıb. O, 1994-cü il 14 fevral tarixində başlayan Birinci Qarabağ müharibəsinin “Murov əməliyyatı” ilə bağlı yazılan yanlış məlumatlarla barədə bunları qeyd edib:
“Hamı vikipediyaya istinad edir, amma orda bu yalnışlıq artıq düzəlib. Bu işlə bağlı məhkəmə istintaqı olub. Briqada komandirinin müvaini Nəriman Zeynalov deyir ki, istintaq zamanı 250 nəfərə yaxın şəxs ya yaralanaraq, ya da donaraq şəhid olub. İstintaqda adlı siyahı da var. Qəhrəman döyüşçülərimizin sayəsində isə düşmən tərəfinin itkisi 800 nəfər olub. 2013 -cü ci ildə APA TV-də "Müharibə adamı" verilişində də bu haqda danışmışıq. Verilişdə Nəriman Zeynalov özü də danışıb. Onu da bildirim ki, bu, Nəcməddin Sadıqovun konkret xəyanətlərindən biridir”.
Rey Kərimoğlu paylaşımının sonunda 1994-cü ilin yanvar - fevralında "Murovdağ əməliyyatı”nda iştirak etmiş zabitlərin adlarını qeyd edib:
1.Rəfiyev Valeh
2. Qarayev Qorxmaz
3 .Nəsibov Balay
4 . Zeynalov Nəriman
5.Qurbanov Qurban
6.Ləzimov Bəhram
7.Hüseyinov Zamin
8.Həsənov Xəyyam (Tank tabor komandiri)
9.Əliyev Elsevər(Artilleriya rəisi)
10.Əsədov Gəray və digər zabitlər…
QAZİLER.AZ
