Sumqayıt şəhərinin bəzi hissələrində suyun verilişində fasilə yaranıb.
Qaziler.az xəbər verir ki, Sumqayıt Sukanal İdarəsindən verilən məlumata görə, Ceyranbatan qəsəbəsi ərazisində magistran d1000mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində su təminatı dayandırılıb.
Qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra saat 21:00-dan etibarən, suyun verilməsi mərhələli şəkildə həyata keçiriləcək.