Zaqatalada canavar 32 qoyunu parçaladı

Zaqatalada canavar 32 qoyunu parçaladı backend

Zaqatalada canavar kəndə hücum edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Çobankol kəndində qeydə alınıb. Kənd sakini Nurlan Musayevin şəxsi təsərrüfatına hücum edən canavar 32 baş xırda buynuzlu heyvanı parçalayıb.


N. Musayev APA-nın yerli bürosuna açıqlamasında bildirib ki, hadisə gecə saatlarında baş verib: “Səhər açılanda gördük ki, həyətyanı sahəmizdə olan 32 baş heyvanın hamısını canavar parçalayıb”.