Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.
Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
Rəşad Məcid qeyd edib ki, iclası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:
"Samir Nuriyev indiyə qədər Azərbaycanda imzalanan əfv sərəncamları barədə danışdı. Azərbaycan Prezidenti tərəfindən göstərilən humanizm aktlarının olduğunu söyləyib".
O bildirib ki, Komissiyanın ilk iclası çox məhsuldar keçib və 100-dən artıq müraciətə baxılıb.