“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalı təsis ediləcək.
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında qeyd edilib.
Həmçinin bildirilib ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markaları buraxılacaq.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
