Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunları ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkiləri ilə əlaqədar komissiyaya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.
Qeyd edək ki, bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub. Bu Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk bələdiyyə seçkiləridir.
Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 118 dairə üzrə 16 min 92 namizəd mübarizə aparıb. 685 bələdiyyə üçün 8071 üzv seçilməli idi. Seçkilərə 24 siyasi partiya qatılıb.