“Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirilir

“Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirilir backend

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirilir.

QAZİLER.AZ Teleqraf-a istinadən xəbər verir ki, yarmarkada ümumilikdə 20 regiondan 50-dən çox fermerin iştirak edir. İki gün davam edən yarmarkada fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarka, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında, saat 9:00-dan 19:00-dək davam edəcək.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. “Kənddən Şəhərə” yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Diaspora