İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq Quliyevlə keçirilən vida mərasimi başa çatıb.
“Report”un verdiyi məlumata görə, şəhidin nəşi Horovlu kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Cəbrayıl Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Müşfiq İbrahim oğlu Quliyev 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olub. O, 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.