Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib

Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi  Tərlan Məmmədov dəfn edilib backend

İmişli rayonu Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Tərlan Fikrət oğlu Məmmədovla Yevlaxda keçirilən vida mərasimi başa çatıb.

“Report”un məlumatına görə, şəhidin nəşi Yevlax şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Yevlax Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax şəhərində anadan olub. O, 1994-cü ilin yanvarında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Diaspora