Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı backend

Bu gündən - 2025-ci il fevralın 7-dən etibarən Azərbaycanda yeni media qurumu - müstəqil "Teleqraf" İnformasiya Agentliyi fəaliyyətə başlayıb.

Qaziler.az xəbər verir ki, "Teleqraf" Media Qrupuna daxil olan agentlik "Gündəlik Teleqraf" qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb. Teleqraf.com 2012-ci ildən fəaliyyət göstərir və kifayət qədər geniş oxucu auditoriyasını əhatə edir. Bundan sonra isə oxuculara informasiya agentliyi kimi xidmət edəcək. 

Agentlik hazırda "az" domenini (Teleqraf.az) istifadə etsə də, "com" domeni də aktivdir və hər iki domenlə agentliyin saytına daxil olmaq mümkündür. Agentliyin baş direktoru İmdad Əlizadədir.

Kollektivin hədəfi beynəlxalq standartlara uyğun format, dəqiq və qərəzsiz xəbər istehsalı ilə Azərbaycan informasiya mühitini gücləndirmək və yeniləməkdir.

Diaspora