Yeni Günəşli qəsəbəsinin bir qrup sakini Neftçilər metrosu ilə qəsəbəni əlaqələndirən 50 saylı marşrutun köhnə olması ilə bağlı redaksiyamıza müraciət edib.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat karibi Tural Orucov bildirib ki, Yeni Günəşli qəsəbəsini Neftçilər metrosu ilə əlaqələndirən 50 nömrəli marşrut üzrə 12 avtobus 8 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.
"Daşıyıcıya marşrut üzrə fəaliyyət göstərən avtobusların yenilənməsi barədə tapşırıq verilib. Müvafiq tədbir görülməyəcəyi təqdirdə 50 nömrəli marşrut müsabiqəyə çıxarıla bilər", - deyə T.Orucov qeyd edib.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
