Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi alimİradə Musayeva vəfat edib.
Bu barədə Qaziler.az-a onun ailəsindən məlumat verilib.
O bir müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
İradə Əyyub qızı Musayeva Ağdam şəhərində anadan olub.
O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Xeyli sayda monoqrafiya, onlarla elmi məqalə və tədris metodik vəsaitlərin, proqramların müəllifi olub.
Allah rəhmət eləsin!