"Baku Medical Plaza" estetik cərrah Dilqəm Məhərrəmovla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Qaziler.az xəbər verir ki, klinikanın "Medilux" filialının da daxil olduğu "AZERA Holdinq"in biznesin inkişafı departamentinin rəhbəri Elnur Kələntərov "Qafqazinfo"ya bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Dilqəm Məhərrəmov işinin başındadır.
Qeyd edək ki, məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmov və xanımı Nərgiz Əhmədovanın sertifikasiya şəhadətnaməsinin ləğv edilməsi haqqında məlumat yayılmışdı.