Vətən müharibəsi qazisi, Ağsu rayon sakini Hüseyn Hüseynli vəfat edib.
Qaziler.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Hüseyn Rusiyada dünyasını dəyişib.
Bir neçə gün əvvəl Rusiyaya gedən qazinin xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Onun cənazəsi bu gün Ağsu rayonunda dəfn edilib.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
