Bəhruz Məmmədov vəzifəsindən azad edildi

Bəhruz Məmmədov vəzifəsindən azad edildi backend

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov vəzifəsindən azad edilib.

QAZİLER.AZ Moderator.az-a istinadən verdiyi məlumata görə, sədr müavini 31 yanvar 2024-cü ildə vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Bəhruz Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 28 yanvar tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

Diaspora