“World Vision International” (“Dünyaya baxış”) beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyinin külli miqdarda vergi borcu yaranıb.
QAZİLER.AZ Musavat.com-a istinadən xəbər verir ki, 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən bu təşkilatın 590 min manat vergi borcu var.
Qeyd edək ki, “World Vision International” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi 30 il müddətində ölkədə müxtəlif layihələr həyata keçirib.
Təşkilat Azərbaycanda fəaliyyətə ilk olaraq 1994-cü ildə məcburi köçkün və qaçqınlara BMT-nin Ümumdünya Ərzaq Proqramının ərzaq yardımı ilə başlayıb. Ardınca sığınacaqların tikilməsi və bərpası, icmaların təşkilatlanması, mikromaliyyə, inklüziv təhsil və digər inkişafyönümlü layihələr həyata keçirib.
Təşkilat bir çox icra hakimiyyətləri, nazirliklər, rəsmi qurumlarla birgə əməkdaşlıq çərçivəsində çoxsaylı sosial layihələr həyata keçirib.
Qeyd edək ki, təşkilatın direktoru və qanuni təmsilçisi Giorgi Devidzedir.