“20 Yanvar” istiqamətindəki nəqliyyatın sıxlığının səbəbi açıqlandı - FOTO

“20 Yanvar” istiqamətindəki nəqliyyatın sıxlığının səbəbi açıqlandı - FOTO backend

Bakının Yasamal rayonunda nəqliyyat sıxlığının səbəbi açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, Moskva prospekti, tunelə giriş hissədə texniki nasaz bir neçə yük avtomobili yolda qalıb. Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

Diaspora