Növbəti köç karvanı Xocalıya çatıb

Növbəti köç karvanı Xocalıya çatıb backend

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 31-də növbəti köç karvanı Xocalı rayonuna çatıb.

Trend-in bölgə müxbiri xəbər verir ki, bu gün Xocalı rayonunun Ballıca kəndində 22 ailə olmaqla, 94 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Diaspora