ABŞ səfirliyi maşınlarını satışa çıxarır: ilkin qiymət 500 dollardır

ABŞ səfirliyi maşınlarını satışa çıxarır: ilkin qiymət 500 dollardır backend

ABŞ-ın Azərbaycandakı səfirliyi noyabr 13-də saat 11:00-də işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirəcək. APA-nın məlumatına görə, auksion Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında (Topçubaşov adına eksperimental cərrahiyyə xəstəxanasının, Tusi adına klinika və Biznes universitetinin yanı) təşkil olunacaq.

9 avtomobil satışa çıxarılacaq. Satuş üçün ilkin məbləğ 500 ABŞ dolları müəyyən edilib.

Avtomobillərə baxış həmin gün saat 9:00-dan 11:00-a qədər mümkün olacaq. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir.

Alınan malları dəyəri dərhal ödənilməlidir.