Noyabrın 11-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycanda vəziyyət haqqında iki günlük müzakirələr başlayıb. Yerli mənbələrin məlumatına görə, müzakirələrin gedişində polisin traffikinq və cinsi istismarda iştirakı, vətəndaş cəmiyyəti fəallarının təqibi, QHT-lər sahəsində qanunvericiliyin sərtləşdirilməsi haqqında və s. suallar qaldırılıb.
Müzakirələrin yekunlarına görə mətbuat konfransı keçiriləcək.



