Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, daha əvvəl TƏBİB meymunçiçəyi virusuna ilk yoluxan şəxsin son durumu barədə məlumat yaymışdı.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
