İlham Əliyev BMT forumuna 3,5 milyon manat ayırdı

İlham Əliyev BMT forumuna 3,5 milyon manat ayırdı backend

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il 25–27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Virtualaz.org ölkə başçsının saytına istinadən xəbər verir ki, sərəncama əsasən, 2016-cı il 25–27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində təşkili üçün Azərbaycan 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.