Rusiyanın paytaxtı Moskvadan Gəncəyə təyyarə reysi təxirə salınıb. ANS PRESS-in məlumata görə, reys Moskvada hökm sürən əlverişsiz hava şəraitinə görə, gecikir.
Domodedovo Hava Limanından ANS PRESS-ə verilən məlumata görə, aeroportun ümumilikdə 60-dan çox reysi dumanlı hava şəraiti səbəbindən gecikir. NN411 nömrəli reys Moskva vaxtı ilə saat 13:20-də ( Bakı vaxtı ilə 14:20-də - red. ) Gəncəyə uçmalı olan təyyarənin uçuşu hələ də baş tutmayıb.
Həmçinin bu gün səhər saat 06:20-də Bakıdan Moskvaya uçmalı olan təyyarə də 4 saat 27 dəqiqə gecikib, "Domodedovo" hava limanı üzərinə çokən qatı duman ucbatından təyyarə uçuşa saat 10:47-də başlayıb.
Moskvanın "Şeremetyevo" və "Vnukovo" hava limanlarından Bakıya baş tutmalı olan bütün uçuşlar gecikmə olmadan həyata keçirilir.