Oğlunu hərbi xidmətə yola salan ana qəfil öldü

Oğlunu hərbi xidmətə yola salan ana qəfil öldü backend

Zaqatala sakini Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qaziler.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1979-ci il təvəllüdlü Mehmanə Nurməmməd qızı Əminova bu gün səhər saatlarında yaşadığı ünvandan Təcili Tibbi Yardım çağırışı ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub.

M. Əminova xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Qeyd edək ki, M.Əminova Yeni Suvagil kənd tam orta məktəbində coğrafiya müəlliməsi işləyib.

Onların evində ötən gecə övladının hərbi xidmətə yola salmaları ilə əlaqədar mərasim təşkil olunubmuş.

Diaspora