Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin fevral ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Qaziler.az cədvəli təqdim edir:
| S/n | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri | Qəbulun keçirildiyi şəhər, rayon | Əhatə olunan şəhər və rayonlar | Qəbulun keçirildiyi gün | 
|  | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | Lənkəran | Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı | 04 | 
|  | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | Hacıqabul | Hacıqabul, Şirvan, Kürdəmir, Salyan | 06 | 
|  | Daxili işlər naziri Vilayət Eyvazov | Qusar | Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı | 07 | 
|  | Baş prokuror Kamran Əliyev | Zərdab | Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Ağcabədi, Bərdə | 07 | 
|  | Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev | Zaqatala | Zaqatala, Balakən | 07 | 
|  | Gənclər və idman naziri Fərid Qayıbov | Goranboy | Goranboy, Naftalan, Xocalı | 11 | 
|  | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov | Siyəzən | Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar | 11 | 
|  | Ədliyyə naziri Fərid Əhmədov | Şirvan | Şirvan, Hacıqabul, Sabirabad, Salyan | 14 | 
|  | İqtisadiyyat naziri Mikayıl Cabbarov | Xaçmaz | Xaçmaz, Quba, Qusar | 14 | 
|  | Kənd təsərrüfatı naziri Məcnun Məmmədov | Kürdəmir | Kürdəmir, Göyçay, Ucar | 14 | 
|  | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova | Yevlax | Yevlax, Mingəçevir | 14 | 
|  | Elm və təhsil naziri Emin Əmrullayev | Abşeron | Abşeron, Sumqayıt, Xızı, Qubadlı, Zəngilan | 21 | 
|  | Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov | Mingəçevir | Mingəçevir, Yevlax | 21 | 
|  | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov | Şirvan | Şirvan, Hacıqabul, Salyan, Neftçala | 21 | 
|  | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov | Şəmkir | Şəmkir, Gədəbəy | 21 | 
|  | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | Ağstafa | Ağstafa, Qazax, Tovuz | 21 | 
|  | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev | Qusar | Qusar, Quba | 21 | 
|  | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov | İsmayıllı | İsmayıllı, Ağsu | 21 | 
|  | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | Hacıqabul | Hacıqabul, Şirvan | 24 | 
|  | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov | Qax | Qax, Zaqatala, Balakən | 27 | 
|  | Energetika naziri Pərviz Şahbazov | Saatlı | Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Hacıqabul | 28 | 
|  | Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev | Naftalan | Naftalan, Goranboy | 28 | 
|  | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov | Lənkəran | Lənkəran, Astara | 28 | 
|  | Mədəniyyət naziri Adil Kərimli | Qəbələ | Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən | 28 | 
|  | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov | Abşeron | Abşeron, Zəngilan | 28 | 
|  | “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov | Quba | Quba, Qusar | 28 | 
|  | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev | Masallı | Masallı, Lənkəran | 28 | 
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
