Torpaq alıb satanların DİQQƏTİNƏ - Sotu baha və ucuz ərazilər bunlardır

Torpaq alıb satanların DİQQƏTİNƏ - Sotu baha və ucuz ərazilər bunlardır backend

Günümüzdə daşınmaz əmlak təkcə mülkiyyət yox, həm də investisiya alətidir. 

Torpaq alqı-satqısı həm hüquqi, həm də maliyyə baxımından diqqət və dəqiqlik tələb edir. Bu prosesdə mülkiyyət hüquqlarının düzgün şəkildə qorunması, yerli qanunlara riayət edilməsi və əmlakın qiymətləndirilməsi vacibdir. Torpaq alqı-satqısı zamanı mülkiyyət sənədlərini diqqətlə yoxlamaq və doğru müqavilə bağlamaq hüquqi problemlərdən qaçınmaq üçün çox önəmlidir. Satıcı və alıcı arasında şəffaflıq hər iki tərəfin maraqlarını qorumağa kömək edər. 

Ölkəmizdə torpaq sahələrinə qoyulan sərmayələri kifayət qədər gəlirli hesab etmək olar. Xüsusilə də əhalinin sayının artması, tikinti sektorunun genişlənməsi Bakı şəhərində boş torpaq sahələrinin get-gedə azalması ilə nəticələnir. Bu da qiymətlərin artmasını şərtləndirir. Lakin müşahidələr onu göstərir ki, bahalaşma heç də bütün əraziləri əhatə etmir.

Bəs torpaq alqı-satqısından pul qazanmaq üçün hansı amilləri nəzərə almaq lazımdır?

QAZİLER AZ  Milli.Az-a istinadən xəbər verir ki, daşınmaz əmlak eksperti Elnur Fərzəliyev deyir ki, 20 il əvvəllə müqayisə etsək, torpaq sahələrində qiymətlər 20 dəfədən çox artıb:

"Bu baxımdan vətəndaşlar çıxarışı olan torpaq sahələrinə yatırım edərlərsə, bu onlara daha çox gəlir gətirmiş olar".

Ekspert çıxarışsız torpağa sərmayə qoymağı tövsiyə etmir. Onun sözlərinə görə, belə əmlaklardan nəinki gəlir əldə etmək, onları satmaq da çətindir.

Hazırda Bakı və Abşeron ərazisində ən ucuz torpaq sahələrinə Atyalı qəsəbəsində rast gəlmək mümkündür. Burada torpağın bir sotunu 700 manata almaq olar. Ən yüksək qiymət isə Səbail rayonundadır. Belə ki, daha çox "Tarqovu" küçəsi kimi tanınan əraziyə yaxın yerləşən torpaq sahəsinin sotu 555 min manatdan satışa çıxarılıb. Ümumilikdə 9 sotdan ibarət olan əmlakın cəmi qiyməti 5 milyon manat təşkil edir.  

Diaspora